Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 517,6 milyon manat vəsait ayrılıb.
Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 49,2 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat ayrılıb.