Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 50 %-ə yaxın artıb

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 46 % artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, milli ödəniş sistemi üzrə sentyabr ayının nəticələrinə əsasən, dövriyyə 862 milyard manat olub: "Kart vasitəsilə ölkədaxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 69 % təşkil edib. Ümumilikdə, kart vasitəsilə ölkədaxili əməliyyatların həcmi 64,6 milyard manat olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8 % çoxdur. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 80 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artım deməkdir".

Digər xəbərlər