Taleh Kazımov: "AMB banklararası bazarda iştirakını azaltmağa nail olub"

Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası bazarda iştirakını azaltmağa nail olub.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının əsas istinad indeksi AZIR-dir: "Hədəfimiz öz faiz dərəcəmizi bu indeksə mümkün qədər yaxınlaşdırmaqdır. Ötən il pul siyasətimizi daha da təkmilləşdirdik və faiz dərəcəsini aşağı saldıq. Bunu likvidliyi nəzərə alaraq banklararası bazarı daha da aktivləşdirmək və Mərkəzi Bankın həmin bazarda iştirakını azaltmaq məqsədilə etdik. Buna nail olduq. Banklararası bazarda aktivlik artıb. Hazırda əlavə tədbirlərin görülməsini nəzərdən keçirmirik. Alətlər arsenalımızdan istifadə edərək likvidliyi istədiyimiz səviyyədə saxlayır və faiz dərəcələrinin hədəflədiyimiz səviyyədə formalaşmasına çalışırıq".

Digər xəbərlər