“İşgüzar Kredit İttifaqı” MMC 2021-ci ili 3,8 min manat zərərlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,2 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “İşgüzar Kredit İttifaqı”nın aktivləri, eyni zamanda balans kapitalı 59 min manat olub ki, bu da, illik müqayisədə 40,5 % çoxdur. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri olmayıb.
Xatırladaq ki, “İşgüzar Kredit İttifaqı” 2010-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 min manatdır.