"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2026-cı il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 44 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 20-nə qədər İdarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 20-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
2024-2025-ci illər üzrə bu tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 44 604 manat ödənilib.