İvan Mixayloviç Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı daşınmaz əmlakının icbari qaydada sığortalanması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini noyabrın 2-si, saat 15:00-a qədər ali təhsil ocağının Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 139 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 3-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.