“Günay Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Mayın 29-da, saat 11:00-da “Günay Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2022-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti kimi hesabatının və maliyyə hesabatlarının təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Digər xəbərlər