“Express Bank”ın xalis mənfəəti 21 % azalıb

“Express Bank” ASC bu ilin I yarısını 6,32 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,3 % azdır.

Yanvar-iyun aylarında “Express Bank”ın gəlirləri 36,15 milyon manat (illik müqayisədə 11,6 % çox), xərcləri 27,762 milyon manat ( 18,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 535 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,532 milyon manat (11,8 % az) təşkil edib.

Bu il iyulun 1-nə “Express Bank”ın aktivləri 489,458 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,4 % çoxdur. Bunun 345,653 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,3 % böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 54,1 % artaraq 365,789 milyon manata, o cümlədən depozit portfeli 18,4 % artaraq 196,038 milyon manata çatıb, balans kapitalı isə 6,5 % azalaraq 123,669 milyon manata düşüb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Digər xəbərlər