2021-ci ilin noyabr ayında Azərbaycanda illik inflyasiya sürətlənərək 11,1%-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– January 2021” hesabatında bildirilir.
Sənədə əsasən, noyabrda aylıq İstehlak qiymətləri indeksi (CPI) 1,5% artıb. Ərzaq qiymətləri inflyasiyası isə oktyabr ayında qeydə alınmış 2,8%-dən noyabrda 1,9%-ə düşüb. Noyabrda ərzaq məhsullarının illik inflyasiyası 14,7 %-ə çatıb. Noyabr ayında qüvvəyə minən yeni elektrik enerjisi və təbii qaz tarifləri ilə bu sektorda qiymətlər 1,6% artıb.
Xidmətlər sektorunda inflyasiya isə oktyabrdakı 8,3%-dən noyabrda 7,2%-ə düşüb.