Dünya Bankı Azərbaycanın cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbətinin bu il 24,5 %, 2023-cü ildə isə 16,7 %-ə yüksələcəyini proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə bankın “Bərpa üçün Sosial Müdafiə: Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatı" adlı yenilənmiş hesabatında bildirilib.
Sənədə əsasən, bu, Dünya Bankının aprel proqnozu ilə müqayisədə müvafiq olaraq 1,8 faiz bəndi və 0,2 faiz bəndi çoxdur.
"2024-cü ildə Azərbaycanda cari hesab balansının profisitinin ÜDM-yə nisbəti 13,4 % olmasını gözləyir ki, bu da, əvvəlki proqnzozla müqayisədə 1,1 faiz bəndi çoxdur", - hesabatda deyilir.