Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyaları ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyaların xalis axınının ümumi daxili məhsula (ÜDM) nisbətdə bu il 1,6 % azalacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə bankın “Bərpa üçün Sosial Müdafiə: Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatı" adlı yenilənmiş hesabatında bildirilib.

Sənədə əsasən, bu, bankın aprel proqnozu ilə müqayisədə 0,1 fazi bəndi azdır.

"Azərbaycana birbaşa xarici investisiyaların xalis axınının ÜDM-yə nisbətdə 2023-2024-cü illərdə 1,1 % azalması gözlənilir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 fazi bəndi azdır".

Digər xəbərlər