Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyaları ilə bağlı proqnozunu yeniləyib

Dünya Bankı bu il Azərbaycana xalis birbaşa xarici investisiyaların ümumi daxili məhsulun (ÜDM) 1,7 % nisbətində azalacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair yenilənmiş hesabatında bildirilib.

Hesabata əsasən, 2023-2024-cü illərdə isə xalis birbaşa xarici investisiyaların ÜDM-yə nisbətdə 1,2 % azalacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə dərc edilmiş hesabatında, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ÜDM-yə nisbətinin 2022-2023-cü illərdə 0,6 % azalacağını proqnozlaşdırılmışdı.

Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər