Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 1-I, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-u, saat 18:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə mayın 11-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.