​Çin dünya iqtisadiyyatının lideri olub

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ dünyanın iqtisadi gücü statusunu itirib. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun yaydığı məlumatda qeyd olunub.

BVF-nin açıqladığı rəqəmlərə görə, ABŞ-ın iqtisadi gücü 17,4 trln. dollar, Çininki isə 17,6 trln. dollar civarındadır.

Qurum 14 il öncə ABŞ-ın iqtisadi gücünün Çinə nisbətən 3 dəfə çox olduğunu açıqlayıb. Buna baxmayaraq, Çin ÜDM-in adambaşına həcminə görə hələ də ABŞ-dan geri qalır.

Digər xəbərlər

Aqroservis auditor seçib 28 iyul, 2026 / 12:46