Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 190 139 330 manat vəsait daxil olub.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, proqnoz tapşırığına 102% əməl edilib.
Qeyd edək ki, bu ötən ilin ilk yarısı ilə müqayisədə vergi daxilolmaları 156 167 470 manat yaxud 4,67% azalıb.
Hesabat dövründə 53 221 vergi ödəyicisi qeydiyyata alınıb.