Bu ilin iyulun 1-nə Azərbaycan banklarının ipoteka krediti portfelinin dəyəri 4,7 milyard manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin yekunu ilə müqayisədə 2,6 % və yaxud 121 milyon manat çoxdur.
Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 57,6 %-ni (2,7 milyard manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin məbləği isə portfelin 42,4 %-ni (2 milyard manat) təşkil edir.