Bu ilin I yarısında Azərbaycanın bank sektorunda 62 milyon manat qeyri-işlək kreditin silinməsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, silinmələrin 92 %-i (57 milyon manat) istehlak portfeli üzrə, 8 %-i (5 milyon manat) isə biznes portfeli üzrə olub.