​​​​​​​“Bitcoin”in bazar dəyəri 1 trilyon dolları keçib

“Bitcoin” kriptovalyutasının bazar dəyəri dünən beynəlxalq bazarlarda 1 trilyon ABŞ dollarını keçib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası həftəlik qazancını 18 % artıraraq 56,620 min ABŞ dollarına çatdırıb.

Məlumata görə, kriptovalyutanın dəyəri il ərzində 92 %-dən çox artıb. Belə ki, “Tesla”, “Mastercard” və “BNY Mellon” kimi əsas investor və şirkətlərin "Bitcoin"ə yönəlməsi artır.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06
AZPROMO auditor seçir 04 fevral, 2026 / 17:27