​"Bank of Baku"nun keçmiş sədri "Kapital Bank"a keçib

Bakı. 1 may. REPORT.AZ/ "Bank of Baku" ASC-nin keçmiş sədri Fərid Hüseynov "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü və sədrinin müavini, baş əməliyyat inzibatçısı vəzifəsinə təyin edilib. 

Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib. Fərid Hüseynov iqtisad elmləri doktorudur və bank sektorunda 14 illik iş təcrübəsinə malikdir.

Xatırladaq ki, "Bank of Baku"da İdarə Heyətinə Abbas İbrahimov sədr təyin olunub.

Digər xəbərlər