"Bank Avrasiya"nın Müşahidə Şurasının tərkibi nəzərdən keçiriləcək

Yanvarın 27-də, saat 10:00-da “Bank Avrasiya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112B ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Avrasiya"nın Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətinin uzadılması, eləcə də Şuranın əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Digər xəbərlər