İyunun 29-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 62 ("Gulustan Residence") ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.