"Azəripək" ASC 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 17 manatdır.
İddiaçılar təkliflərini aprelin 16-na qədər "Azəripək"in yerləşdiyi Şəki şəhəri, Fətəli Xan Xoyski küçəsi, 1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 16-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
2024-cü ildə bu sorğunun qalibi "Hesabat" MMC olub. Şirkətə 1 150 manat ödənilib.