Azərbaycanın lombard şirkəti nizamnamə kapitalını kəskin artırır

Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 400 min manat dəyərində yeni səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 20 manat olan 20 000 ədəd adi, sənədsiz, adlı səhmdən gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 400 min manat və yaxud 101 dəfə artaraq 4 min manatdan 404 min manata çatacaq.

Digər xəbərlər