Bu il Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 17,6 % səviyyəsində reallaşacaq.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, ölkənin xarici dövlət borcunun ÜDM-yə nisbəti gələn il 17,9 %, 2023-cü ildə isə 17,5 % səviyyəsində reallaşacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin I yarısında Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 839 milyon ABŞ dolları və yaxud ümumi daxili məhsulun 16,6 %-ni təşkil edib. Bu, 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcu və onun ÜDM-ə nisbəti 2,5 % azalıb.