Bakı. 23 iyun. REPORT.AZ/ "Report" informasiya agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci il aprelin 1-nə milli valyutada olan depozitlərin həcminə görə renkinqini hazırlayıb.
Aşağıdakı cədvəldə bankların milli valyutada olan depozitlər üzrə ilk beşliyi (TOP-5) əks olunub:
| № | Banklar | Milli valyutada depozitlər (min manat) |
| 1 | Access Bank | 120 984,48 |
| 2 | Rabitəbank | 109 640,00 |
| 3 | Expressbank | 80 655,00 |
| 4 | Zaminbank | 45 938,57 |
| 5 | Turanbank | 42 828,10 |
*Qeyd edək ki, tam siyahı ilə tanış olmaq üçün "Report" agentliyinin iqtisadi informasiya bülleteninə abunə olmaq lazımdır.