Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nəzərən 70 % çoxdur.