AMB: 9 ayda nağd xarici valyutanın alışı satışını 759 milyon dollar üstələyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 759 milyon ABŞ dolları üstələyib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25,7 %-ə düşüb.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə AMB valyuta alışları həyata keçirib. 9 ayda qurumun valyuta ehtiyatları 33,4 % artaraq 15,4 milyard ABŞ dollarına yüksəlib.

Digər xəbərlər