Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərarə əsasən, Azərbaycanda daşınmaz əmlak kreditləri ilə yanaşı, layihə maliyyələşdirilməsi kreditləri də bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 % -dən çox ola bilər.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.