Azərbaycanda ictimai iaşə dövriyyəsi 24 % artıb

Bu ilin I yarısında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 23,5 % artaraq 938,8 milyon manat olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ictimai iaşə dövriyyəsinin 8,6 milyon manatı dövlət, 930 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Hesabat dövrünə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 21,7 % artaraq 460 milyon manat olub.

Digər xəbərlər