Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 61 010 borcalana 4 milyard 194,376 milyon manat kredit verib.
"Report" bu barədə İKZF-ya istinadən xəbər verir.
Məlumata görə, bundan başqa, 10 104 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.