Gələn il "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" üzrə subsidiyalar bu illə müqayisədə 230 milyon manat çox olacaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi çərçivəsində bildirib.
"Düşünürəm ki, bu, çox böyük addımdır. Beləliklə, kənd təsərrüfatına verilən subsidiyaların ümumi məbləği cəmi bir il ərzində 500 milyon manatdan 720-730 milyon manata yüksələcək. Bu, təxminən 50 %-lik artım deməkdir. Hər halda, böyük nailiyyətdir və düşünürük ki, kənd təsərrüfatına ciddi dəstək olacaq", - deyə o qeyd edib.