Azərbaycan və Türkiyə əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyinin artırılmasını müzakirə edib

Azərbaycan və Türkiyə arasında əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyinin artırılması müzakirə edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndə heyəti Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfər olub. Səfər çərçivəsində keçirilən görüşlərdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, bu istiqamətdə təşkilat tərəfindən istehlakçılara göstərilən xidmətlər, həmçinin əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyi mövzuları müzakirə olunub. Bununla yanaşı, istehlakçı müraciətləri, onların izlənilməsi və monitorinqi prosesi, eləcə də müraciətlərin alternativ həlli mexanizmi üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər