Azərbaycan və "Mastercard" beynəlxalq kart təşkilatı arasında rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Mərakeşə işgüzar səfərimiz zamanı "Mastercard"ın Şərqi Avropa regionu üzrə rəhbəri Yasemin Bedir ilə görüşdük. Görüş zamanı əməkdaşlığımızın cari vəziyyətini, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsini, o cümlədən KOS-ların rəqəmsallaşmasına dəstək məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.