Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəlikləri 230 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəlikləri 2 milyard 80,9 milyon ABŞ dolları azalmışdı.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 6 aylıq artım ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 3 milyard 222,5 milyon ABŞ dolları artması (8,2 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 3 milyard 418,3 milyon ABŞ dolları azalması (2 % çox), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (1,4 % az), portfel investisiyalarının 24,9 milyon ABŞ dolları azalması (35,7 dəfə az), digər investisiyaların isə 0,5 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 1 milyard 273,7 milyon ABŞ dolları artıb) hesabına təmin edilib.