Bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 317,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 6,4 % çox, ötən ilin fevralın 1-nə nisbətən 15,3 % çoxdur.
Hesabat dövründə bankların xalis daxili aktivləri isə 17 milyard 246,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 13,3 % az, 2024-cü ilin eyni dövrünə nisbətən 15,2 % azdır.
Azərbaycanda 22 bank fəaliyyət göstərir.