Bu il yanvarın 1-nə Azərbaycan banklarının likvid aktivləri 12,9 milyard manat olmaqla sektorun aktivlərinin 22,6 %-ni təşkil edib.
"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə bankların likvid aktivləri 9,2 % azalıb.
Sektorun likvidlik göstəriciləri (məcmu və xarici valyutada likvidliyin örtülmə əmsalları, ani likvidlik əmsalı) 54,6 % təşkil etməklə minimum requlyativ tələbi (30 %) 1,8 dəfə üstələyib.