Azərbaycan banklarında likvidlik riskinin idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Yeni qərarla banklarda likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi meyarları, ani likvidlik əmsalına və likvidliyin örtülmə əmsalına dair tələblər və onun hesablanmasına dair tələblər, likvidlik riskinin azaldılması tədbirləri, likvidlik risklərinin monitorinqi, hesabatlıq və likvidlik risklərinə daxili nəzarət tədbirləri və likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planı təsdiqlənib.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Digər xəbərlər