Bu ilin noyabr ayında “PAŞA Bank” ASC-nin "Qarabağ" filialı və yaxud şöbəsinin açılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilb.
"Artıq məkanımız bəllidir. Filial (şöbə) işğaldan azad edilmiş Şuşa şəhərində yerləşəcək", - deyə o qeyd edib.
"Şuşadan sonra, Ağdamda da nümayəndəliyin açılması planlaşdırılır. Bu, yəqin ki, gələn il baş tutacaq", - deyə "PAŞA Bank" rəsmisi əlavə edib.