“Azərbaycan Sənaye Korporasiyası” ASC-nın törəmə şirkəti “ASK Şüşə” MMC nizamnamə kapitalını 4,122 milyon manat və ya 11,6 % azaldaraq 35,428 milyon manatdan 31,306 milyon manata endirib.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “ASK Şüşə” 2018-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Cuneyt Cebecidir.