"Aset Maliyyə Texnologiyaları" BOKT ötən il də fəaliyyət göstərməyib

"Aset Maliyyə Texnologiyaları" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ildə də fəaliyyət göstərməyib.

"Report" bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il "Aset Maliyyə Texnologiyaları"nın gəlirləri və xərcləri olmayıb.

Bu il yanvarın 1-nə "Aset Maliyyə Texnologiyaları" aktivləri, həm də balans kapitalı 300 min manat təşkil edib ki, bu da illik müqayisədə eynidir. BOKT-un kredit portfeli və öhdəlikləri formalaşmayıb.

Xatırladaq ki, "Aset Maliyyə Texnologiyaları" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100% Ülviyyə Sadıqovadır.

Digər xəbərlər