Azərbaycanda inflyasiyanın artmasına əsas təsir göstərən amil idxaldır.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycanın iqtisadiyyatı da müəyyən qədər xarici amillərdən asılıdır. Hazırda qlobal və milli iqtisadiyyatda inflyasiya ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır", - deyə o qeyd edib.