AMB-nin nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Azərbaycan Mərkəzi Bankın sədri (AMB) Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, iyulun 3-nə qədər davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22