​ABŞ fond indeksləri rekord səviyyəyə çatıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 17 555 bəndədək, S&P 500 0,4% - 2 031 bəndədək, Nasdaq 0,4% - 4 639 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, beləliklə, Dow Jones və S&P 500 indeksləri ardıcıl ikinci gündür tarixi maksimumlarını yeniləyir.

İndekslərin yüksəlməsinə Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqanın Bank tərəfindən avrozonanın iqtisadiyyatının stimullaşdırılması üçün lazımi tədbirlər görməyə hazır olduğu barədə bəyanatı və ABŞ-da işsizlik üzrə ilkin müraciətlərin sayının azalması barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında noyabrın 6-da FTSE 100 indeksi 0,2% - 6 551 bəndədək, Almaniya DAX-ı 0,7% - 9 377 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 228 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 138,00 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2374 dollar (-0,01%) təşkil edir.

Digər xəbərlər

Qızıl yenidən bahalaşır 21 fevral, 2026 / 01:45