“Abbas Kredit İttifaqı” MMC 2022-ci ili 4 min manat zərərlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə təxminən 41 % çoxdur.
Bu il yanvarın 1-nə “Abbas Kredit İttifaqı”nın aktivləri 22 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 70,3 % azdır. Bunun 19 min manatı ittifaq üzvlərinə verilmiş kreditlərdir. 2022-ci ildə kredit ittifaqının borc portfeli 72,9 % kiçilib.
Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 97,7 % azalaraq 1 min manata, balans kapitalı isə 16,5 % azalaraq 21 min manata düşüb.
Xatırladaq ki, “Abbas Kredit İttifaqı” 2003-cü ildə yaradılıb, Qaxda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı isə 68 min manatdır.