"Bakı Fond Birjası" QSC (BFB) ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC arasında "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) adi, adlı, sənədsiz səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılıb.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, bu müqavilə ilə investisiya şirkəti adıçəkilən səhmlər üzrə təkrar bazarda gündəlik olaraq 15 % və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətləri müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50 min manat ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.