Azərbaycan Yüksək Liqası: "DH Volley" V turda qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"DH Volley" və "Gənclər" kollektivlərinin duelində birincilər 3:0 hesablı qələbəyə seviniblər.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Digər xəbərlər