Baku. 9 November. REPORT.AZ/ Mərakeş Futbol Federasiyası Ebola virusu səbəbi ilə 2015-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər Kubokunu qəbul etmək istəmir.
Report BBC-yə istinadən xəbər veriri ki, Mərakeş təmsilçiləri turnirin 2016-ci ilədək təxirə salınmasını istəsə də, Afrika Futbol Konfederasiyası buna razı olmayıb.
Məsələ ilə bağlı yekun qərar noyabrın 11-də veriləcək. Qeyd edək ki Nigeriya bu turniri qəbul etməyə hazır olduğunu bildirib.