Azərbaycan Yüksək Liqasının VII turunda Tovuz təmsilçisi qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçirilib.

"Report"un məlumatına görə, turun son oyun günündə "Abşeron"la qarşılaşan "Turan" 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi hələ dəqiqləşməyib.

Digər xəbərlər