Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında B qrupunda yer alan "Ordu" "Sumqayıt"ı məğlub edib - 106:86.

A qrupunda isə NTD və "Şəki" komandaları üz-üzə gəliblər.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 93:79.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.

Digər xəbərlər