Ziya Bünyadov prospektində qəza baş verib

Paytaxtın Ziya Bünyadov prospektində (Çerment körpüsünün üstündə) yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hazırda həmin istiqamətdə ciddi sıxlıq müşahidə olunur. Sıxlıq avtobusların intervalının da gecikmələrinə səbəb olur.

Digər xəbərlər